Braziliya prezidenti Trampa məsləhət verdi | VİDEO

   Braziliya prezidenti Trampa məsləhət verdi    | VİDEO
  08 İyul 2025    Oxunub:1253
Rio-de-Janeyroda keçirilən BRİKS sammitində jurnalistlər ABŞ prezidenti Donald Trampa иг ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edən Braziliya lideri Luiы İnasiг Lula da Silvanın bəyanatını alqışlayıblar.
AzVision.az xəbər verir ki, dünən ABŞ prezidenti Donald Tramp Braziliyanın ölkənin sabiq prezidenti Jair Bolsonaruya münasibətdə “dəhşətli əməllər” törətdiyini bildirib. Tramp Braziliya hakimiyyətini siyasi rəqibini təqib etməkdə və ona qarşı ədalətsiz davranmaqda ittiham edib. Halbuki, Bolsonarunun bütün hərəkətləri “xalqı uğrunda mübarizə” olub.

“Böyük Braziliya xalqı öz keçmiş prezidentinə edilənlərə dözməyəcək. Mən Jair Bolsonaru, onun ailəsi və minlərlə tərəfdarına qarşı “cadugər ovunu” çox yaxından izləyəcəyəm. Bolsonaru güclü liderdir və onun seçkilərdə iştirakına icazə verilməlidir. Baş tutmalı olan yeganə məhkəmə Braziliya seçicilərinin Məhkəməsidir. Bunun adı Seçkidir. Bolsonarunu rahat buraxın”, - ABŞ prezidenti özünün “Truth Social” sosila şəbəkəsində yazıb.

Trampın bu bəyanatına Braziliyanın cavabı özünü çox gözlətməyib. Braziliya prezidenti Lula da Silva Braziliyanın öz qanunlarının, qaydalarının və sahibinin – Braziliya xalqının olduğunu vurğulayıb. O, Trampa öz ölkəsinin həyatının qayğısına qalmağı və başqa ölkələrin işlərinə qarışmamağı tövsiyə edib.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp BRİKS-i dəstəkləyən ölkələrə qarşı əlavə 10 faizlik gömrük rüsumları tətbiq edəcəyini bildirib. Pekin , öz növbəsində, Trampın bu hədəsinə operativ qaydada cavab verib.

Tramp BRİKS-i dəstəkləyən ölkələri hədələyib | VİDEO
Xatırladaq ki, fevral ayında Braziliyanın Baş Prokurorluğu keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham edib. Müstəntiqlərin fikrincə, Bolsonaru həm də hazırkı prezident Lula da Silvaya hücum təşkil etməyi planlaşdırıb. Bolsonarunun oktyabr ayına qədər həbs edilə və mühakimə oluna biləcəyi barədə iyunun 12-də məlumat açıqlanmışdı.

Bolsonarunu 2023-cü ilin yanvarında paytaxtda iğtişaşları qızışdırmaqda şübhəli bilən Braziliya hakimiyyəti ona 2030-cu ilə qədər dövlət vəzifəsində çalışmağı qadağan edib. Lakin bu ilin ayında o, əfv və 2026-cı il prezident seçkilərinə buraxılması tələbi ilə San-Pauluda 12 minlik mitinq keçirib.

Qeyd edək ki, Jair Bolsonaru 2019-cu il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək Braziliyanın prezidenti olub. 2022-ci il seçkilərində Braziliyanın hazırkı lideri Lula da Silvaya uduzduqdan sonra Bolsonarunun tərəfdarları etiraz aksiyaları keçirib. Polisin həbs etdiyi 1600-dən çox adamdan 200-dən çoxu məhkum olunub. Bu zaman ABŞ-də olan Bolsonarunun özü etirazçılara açıq dəstək verməyib.

2023-cü ildə baş prokurorluq onu dövlət çevrilişinin təşkilində ittiham edib. Braziliyanın ən yüksək seçki məhkəməsi isə onun 2030-cu ilə qədər namizədliyini irəli sürməsinə qadağa qoyub. Bolsonaru bütün ittihamları rədd edir. Günahı sübuta yetiriləcəyi halda, keçmiş prezidenti 40 ildən çox həbs cəzası gözləyir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Braziliya  



Xəbər lenti